Accessibility links

Rusiya ABŞ-a raket qurğuları ilə əlaqədar bir daha xəbərdarlıq edib


Rusiya prezidenti Vladimir Putin bir daha xəbərdarlıq edib ki, ABŞ-ın raket qurğuları Ukrayna, Çex Respublikası və Polşada yeləşdirildiyi təqdirdə Rusiyanın raketləri bu ölkələrə tuşlanacaq. Cənab Putin qeyd edib ki, Rusiya Qərblə konflikt yaranmasını istəmir və məcbur olmadığı təqdirdə raketlərini hansısa bir dövlətə yönəltməzdi. O, bunları prezidentlik müddəti may ayında başa çatmazdan əvvəl keçirdiyi son mətbuat konfransında söyləyib.

Rusiya prezidenti bunu da deyib ki, o, ölkənin növbəti prezidentinin rəhbərliyi altında baş nazir olmağa etiraz etməzdi. O deyib ki, prezident ölkənin ümumi siyasətini müəyyən etsə də, baş nazirin rəhbərliyi altındakı kabinet ölkənin ən yüksək icraedici orqanıdır.

XS
SM
MD
LG