Gürcüstanın paytaxtı Tbilisidə minlərlə müxalifət tərəfdarı hökumətin onların tələblərinə cavab verməməsinə etiraz olaraq aksiya təşkil edilib. 30 000-ə yaxın adam parlament binası qarşısına toplaşıb. Keçən ay müxalifət hökumətə 17 tələb irəli sürülən siyahı təqdim etmişdi. Bu tələblərə yanvar ayının 5-i prezident seçkiləri, daxili işlər nazirinin vəzifəsindən kənarlaşdırılması və hökumətin mətbuatın işinə müdaxilə etməməsi şərtləri daxildir. Müxalifət qrupları tələblərin qarşılanmasına bu günü son möhlət elan etmişdi.