Suriyada səfərdə olan Iranın xarici işlər naziri Mənuçehr Möttəki Hizbullahın yüksək rütbəli komandirinin Dəməşqdə öldürülməsi ilə əlaqədar Suriya rəsmiləri ilə görüşüb. 1980 və 1990-cı illərdə ABŞ və İsrail hədəflərinə qarşı hücumlarda əli olduğu irəli sürülən Hizbullah komandiri İmad Mugniyeh bu həftə maşına quraşdırılmış bomba partlayışı nəticəsində həlak olub. O, axtarışda olan bir nömrəli terrorçulardan biri idi.
İranın Xarici işlər naziri Dəməşqdə Həmasın sürgündəki nümayəndəsi Xalid Məşəl və İslam Cihadı Təşkilatının təmsilçisi Ramazan Abdulla ilə də görüşüb.