Danimarkada vandalizm artıq yeddinci gündür ara vermir. Baxmayaraq ki, polis ötən gecənin bir qədər sakit keçdiyini bildirir. Polisin məlumatında deyilir ki, Kopenhagen və digər şəhərlərdə maşınlar, məktəblər və zibilxanaları yandırdığına görə 11 adam nəzarət altına alınıb. Bu gecə 25 kiçik yanğın qeydə alınıb. Keçən gecə yanğınların sayı 169 təşkil etmişdi. Vandalizm hallarına əsasən mühacir məhəllələrində rast gəlinir. Polis bu iğtişaşlara nəyin səbəb olduğunu bilmədiyini deyir.