BMT-nin Təhlükəsizlik Şurası və Avropa ittifaqı bu gün ayrı-ayrı görüşlər təşkil edib, Kosovonun müstəqilliyi və onun nəticələrini müzakirə edib. Avropa İttifaqı regionda sabitliyin qorunub-saxlanması üçün əməkdaşlıq barədə razılıq əldə edib. Qurum Kosovonun müstəqilliyinin tanınması üçün hər bir üzvün azad qərar vermək hüququna malik olduğunu bildirir. Amerika Birləşmiş Ştatları Kosovonu suveren və müstəqil bir dövlət kimi rəsmən tanıdığını bəyan edib. Serbiya və Rusiya bu addımı qeyri-qanuni adlandırıb. Moskva dünən BMT-nin Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında keçirdiyi sessiyası zamanı Kosovonun müstəlliyini tanımayan bəyannamə əldə etməyə nail olmayıb. Sessiya Kosovonun baş naziri Haşım Tacinin paytaxt Priştinada müstəqillik elan etməsindən bir neçə saat sonra keçirilib.
Rusiya və Serbiya Təhlükəsizlik Şurasının daha bir yığıncağını tələb edib. Bu görüşdə Serbiya prezidenti Baris Tadiç də iştirak etməlidir. Veto hüququna malik olan Çin Kosovonun müstəqllik barədə təktərəfli qərarına görə dərin narahatlıq hissi keçiridiyini bildrərək, tərəfləri müzakirələri davam etdirməyə çağırıb. Britaniya, Frnsa, Xorvatiya, İtaliya, Almaniya və ABŞ-ın birgə bəyanatında isə bildirirlir ki, BMT-nin nəzarəti altında Kosovonun müstəqilliyi regional sabitlik və təhlükəsizlik üçün yeganə variant hesab edilir.