Keçmiş Sovet İttifaqının separatçı regionlarının liderləri Kosovonun müstəqillik bəyannaməsinin on illərdir beynəlxalq ictimaiyyətin onları rəsmən tanıması kampaniyasına təkan verəcəyini deyir. 1990-cı illərdə müstəqilliklərini elan edən Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionları, Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayəti və Moldovanın Dnestryanı vilayəti beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Abxaziya prezidenti Sergey Baqapş və Osetiya lideri Eduard Kokoiti yaxın zamanda Rusiya, MDB və BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək, müstəqilliklərinin tanınmasını istəyəcəklərini bildiriblər. Ermənistanın baş naziri Serj Sarkisyan Kosovonun müstəqilliyinin Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına yardım edəcəyini deyib.