Kubaya 49 il prezidentlik etmiş Fidel Kastronun istefa verdiyi bildirilir. Fidel Kastronun istefası barədə məlumat Kubanın dövlət qəzeti “Qrənma”-da dərc edilib. Bəyanatı 81 yaşlı Kastro bazar günü, prezidenti seçən Kuba Milli Assambleyasında açıqlayıb. O, hakimiyyətdə olduğu uzun illərdən sonra Kuba xalqını hakimiyyətdən getməyinə tədricən hazırladığını söyləyib. Cənab Kastro deyib ki, hakimiyyətdən getmək Kuba xalqından ayrılmaq demək deyil və o, öz düşüncələrini yazmaqda davam edəcək.
Fidel Kastronun istefası barədə xəbəri prezident Buş Afrikada eşidib və Kastronun istefasının Kubada demokratiyanın başlanğıcı olduğunu deyib. O, Kubada seçkilərin azad və ədalətli keçiriləcəyinə və siyası məhbusların azad ediləcəyinə ümid etdiyini bildirib.