Accessibility links

Prezident Buş Kosovonun müstəqilliyini alqışlayır


Afrikada səfərdə olan prezident Buş bu gün Tanzaniyada etdiyi çıxışı zamanı Kosovonun müstəqilliyinin düzgün seçim olduğunu və Balkanlara əminamanlıq gətirəcəyini dedi. Birləşmiş Ştatlar Avropa Aliansına qoşularaq, Kosovonu suveren və müstəqil dövlət kimi tanıdığını elan etdi. Cənab Buş eləcə də, Kosovo xalqını təbrik etdi və Birləşmiş Ştatların bu yeni dövlətlə diplomatik əməkdaşlığa hazır olduğunu dedi.

Qeyd edək ki, Serbiya Kosovonun onun ərazisinin bir hissəsi olduğunu deyir və onun müstəqilliyinin qəti əleyhinədir. Bu gün bir dəstə serbiyalı Kosovonun Serbiya ilə sərhədlərinə hücum edib. Dünən Serbiya prezidenti Boris Tadiç BMT-nin baş katibi Ban Ki Mundan Kosovonun müstəqilliyinin qeyri-qanuni olduğu barədə açıqlama verməsini xahiş etmişdi. Çin və Rusiya da Kosovonun müstəqilliyi barədə qərarın əleyhinədir.

XS
SM
MD
LG