Əfqan rəsmilərinin bildirdiyinə görə, Qəndəhar şəhərinin polis məntəqəsi yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı azı bir nəfərin ölümünə, birinin isə yaralanmasına səbəb olub. Rəsmilər bombanın uzaq məsafədən idarə edilərək partladıldığını deyirlər. Hücumun məsuliyyətini hələ üzərinə götürən olmayıb. Bü gün baş verən hücumlar da daxil edilməklə, son üç gündə Qəndəharda baş verən zorakılıqlar nəticəsində ölənlərin sayının 140-a çatdığı bildirilir. Qeyd edək ki, Qəndəhar heroin və tiryək kimi narkotik maddələrin hazırlandığı xaş-xaşın ən çox yetişdirildiyi ərazidir.