Accessibility links

Şiələrin qətlində əli olan rəsmilərin məhkəmə prosesi təxirə salınıb


İraq məhkəməsi şiələrin kütləvi qətlində ittiham olunan iki keçmiş rəsminin məhkəmə prosesini şahidlərin gəlməməsi səbəbilə təxirə salıb. Proses bu gün Bağdadda başlamalı idi, ancaq iclas martın 2-nə təyin edilib. Yüksək vəzifəli şiə rəsmiləri 2 il əvvəl İraqda baş qaldırmış dini qətliamla əlaqələrinin olmasında şübhəli bilinirlər. Şübhəlilər İraq səhiyyə nazirinin sabiq köməkçisi Hakim Əl-Zamili və Səhiyyə Nazirliyinin təhlükəsizlik qüvvələrinin keçmiş rəhbəri Hamid Əl-Şimmaridir. Onlar keçən il həbs olunaraq, qatillik və oğurluqda itiham olunub.
XS
SM
MD
LG