ABŞ prezidenti Corc Buşun sözlərinə görə, o Pakistandakı son parlament seçkilərini terrorla müharibədə qələbə kimi görür. Cənab Buş yeni hökumətin ABŞ-la müttəfiqliyi davam etdirəcəyinə ümid etdiyini bildirib. Qanada olan ABŞ prezidenti mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O deyib ki, prezident Pərviz Müşərrəfin partiyasının məğlub olmasına baxmayaraq, onun seçkiləri saxtalaşdırmadan azad və ədalətli keçirilməsinə şərait yaratmasını yüksək qiymətləndirir. Cənab Buş Pakistan və Birləşmiş Ştatların zorakı ekstremistlərlə mübarizə kimi sadə maraqlarının olduğunu vurğulayıb.