Pakistanın iki aparıcı partiyasının liderləri bu gün İslamabadda görüşməyi planlaşdırırlar. Görüşdə prezident Pərviz Müşərrəfi devirmək üçün koalisiya hökumətinin yaradılması müzakirə olunacaq. Pakistan Xalq Partiyası və Pakistan Müssəlman Liqası - N bu həftə parlament seçkilərində Pərviz Müşərrəfin partiyasına qalib gəlib.
Prezident Müşərrəf istefa fikrinin olmadığını bildirib və qələbə çalan müxalif partiyalarını harmoniyalı koalisiya yaratmağa çağırıb. Pakistan Xalq Partiyasının lideri Asif Sərdarinin sözlərinə görə, partiyalar parlamentdə prezident Pərviz Müşərrəfin nəzarəti altında zəiflənən qüvvələrini bərpa etməyi planlaşdırırlar.