Accessibility links

Bu gün Afinada bomba partlayışları həyata keçirilib


Bu gün səhər Yunanıstanın paytaxtı Afinada əldəqayırma bir neçə bomba partlayışı həyata keçirilib. Onların bankları hədəf aldığı deyilir. Qaz kanisterlərinə yerləşdirilmiş bombaların partlaması nəticəsində yaşayış binalarına və bir neçə maşına ziyan dəyib. Lakin yaralanan olmadığı haqda məlumat verilir.

Bombalar aralarında 10 dəqiqə fasilə ilə işə salınıb. Polisin bildirdiyinə görə, partlayışların məsuliyyətini öz üzərinə götürən olmayıb.Yunanıstanın bankları və polis məntəqələri anarxistlər tərəfindən vaxtaşırı hücumlara məruz qalır.

XS
SM
MD
LG