Ağ Ev “Nyu York Tayms” qəzetini tənqid edərək, respublikaçılar partiyasından namizədlərə qarşı daim hücumlarda günahlandırıb. Ağ evin mətbuat katibi Skot Denzel bu şərhləri “Nyu York Tayms” qəzetində senator Makkeynin qadın lobbiçi ilə əlaqələri olduğu və həmin qadının müştərilərinin xeyrinə qanunvericilik aktının qəbul edilməsinə kömək etdiyinə dair məqalə haqda sualı cavablandırarkən verib. Makkeyn məqalədə yazılanları inkar edir.