Demokrat Partiyasından prezidentliyə namizədlər, Hillari Klinton və Barak Obama dünən Texas ştatında keçirilən debatlar zamanı bir-birini tənqid etmişlər. Xanım Klinton demişdir ki, Obamanın yaxşı danışmaq qabiliyyəti var, lakin o, özünü göstərə bilməyib. Hillari Klinton Obamanı digərlərinin sözlərini mənimsəyərək, özününkü kimi təkrarladığını demiş və onu siyası plaqiarizmdə günahlandırmışdır. Obama isə öz növbəsində, Massaçutses ştatının qubernatoru Dival Patrikin dediklərini təkrarlaması ittihamını mənasız adlandırmış və demişdir ki, onun dedikləri xalqı stimullaşdırır. Namizədlərin İraq məsələsi və Kubanın yeni lideri barədə fikirləri də fərqlidir.