Accessibility links

ABŞ-da seçki kampaniyaları Ohayo ştatında davam edir


ABŞ prezidentliyinə demokrat namizədlər Hilari Klinton və Barak Obama bu gün kampaniyalarını martın 4-də praymerilər keçiriləcək 2 əsas ştatdan biri Ohayoda davam etdirirlər. Senator Klintonun qələbəyə daha çox ehtiyacı var və Texasda senator Obamaya qalib gəlməsi prezidentliyə namizədlik uğrunda mübarizədə onun şansını artıra bilər. Cənab Obama 11 ştatda ardıcıl qalib olub. O, dünən ştatın bir neçə yerində çıxışlar edib. Hilari Klinton isə yürüş zamanı bildirib ki, bu gündən başlayaraq martın 4-nə kimi sekçi prosesi qızğın keçəcək. Respublikaçı namizəd senator Makkeyn dünən Barak Obamanı Kubanın yeni lideri ilə qeyri-şərtsiz görüşmək arzusunda olduğunu dediyinə görə tənqid edib.
XS
SM
MD
LG