Accessibility links

Türkiyə kürd yaraqlılarına qarşı əməliyyatlarını davam etdirir


Bu gün artıq üçüncü gündür ki, Türkiyə ordusunun İraqın şimalındakı qarlı dağ regionunda kürd yaraqlılarına qarşı hərbi əməliyyatları davam edir. İraqdakı kürd regionunun rəsmiləri Türkiyəni bu ərazidə üsyançılara qarşı keçirdikləri əməliyyatlar zamanı mülki vətəndaşları hədəf almamaq barədə xəbərdarlıq etmişlər. Lakin Türkiyənin cümə axşamından bəri başladığı hərbi əməliyyatlar zamanı mülki vətəndaşların xəsarət aldığı barədə məlumat veriliməyib.

İraqın xarici işlər naziri Xoşyar Zebari Türk ordusunun həmin ərazilərdə beş körpünü sıradan çıxardığını deyib.

Türkiyə hərbi qüvvələri əməliyyatlar zamanı 7 türk əsgərinin, 79 kürd yaraqlısının öldürüldüyünü bildirir. PKK isə Türkiyənin bir hərbi vertolyotunun vuruluduğunu və 20 türk əsgərinin öldüyünü xəbər verir.

XS
SM
MD
LG