Accessibility links

Pakistandakı Taliban yeni hökumətlə danışıqlara hazır olduğunu bildirib


Pakistanın Taliban yaraqlıları qəbilələrin yaşadığı ərazilərdə yaraqlılara və terrorçulara qarşı aparılan hərbi əməliyytlar dayandırıldığı təqdirdə, yeni hökumətlə danışıqlara hazır olduqlarını bildirmişlər. Taliban sözçüsü Malvi Ömər deyib ki, yeni hökumət ABŞ-la bərabər terrorçulara qarşı mübarizəyə qoşulan prezident Müşərrəfin səhvlərini düzəltməlidir.

Pakistan polisinin bildirdiyinə görə, Peşəvər şəhəri yaxınlığındaki keşik məntəqəsində İslamçı yaraqlılar tərəfindən yarı-hərbi dəstələrin iki əsgəri və bir polis zabiti qətlə yetirilib.

XS
SM
MD
LG