Accessibility links

Tehran sanksiyalarla əlaqədar xəbərdarlıq edib


Iranın Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, dünyanın qüdrətli dövlətləri mübahisəli nüvə fəaliyyətlərinə görə İrana qarşı əlavə sanksiyalar qəbul etdiyi təqdirdə Tehran buna cavab verəcək. Nazirliyin sözçüsü Məhəmməd Əli Hüseyni bü gün müxbirlərə sanksiyaların məzmununun Tehranın cavabını müəyyənləşdirəcəyini deyib, lakin detallara varmayıb.

Cənab Hüseyninin açıqlaması prezident Əhmədinejadın şənbə günü dedikləri ilə üst-üstə düşür. İran prezidenti teleziya vasitəsilə yayımlanan çıxışı zamanı demişdi ki, Tehran yeni sanksiyaları təsdiq edən hər bir ölkəyə qarşı buna münasib cavab verəcək. Almaniyanın yüksək səviyyəli rəsmiləri və Təhlükəzislik Şurasının beş daimi üzvü İrana qarşı yeni sanksiyaları müzakirə etmək üçün bazar ertəsi Vaşınqtonda görüşməyi planlaşdırırlar.

XS
SM
MD
LG