Accessibility links

Ərəb Liqasının başçısı Livana səfər edir


Ərəb Liqasının başçısı Amr Musa Livanda çərşənbə axşamı parlamentdə prezidentə səs vermədən öncə rəqib siyasi qruplar arasında danışıqlarda vasitəçilik etmək üçün bu gün bu ölkəyə səfər edir. O, Livanın qərbyönlü hökumət koalisiyası və Suriyanın dəstəklədiyi müxalifət üzvlərinin ölkədə siyasi böhrana son qoymaq məqsədilə Ərəb Liqasının planına razılıq vermələri üçün onlara bir daha təzyiq göstərməyə çalışacaq. Danışıqların diqqət mərkəzində Ərəb Liqasının planı olacaq. Planda ordu komandiri, general Mişel Süleymanın prezident seçilməsi, milli bilrik hökumətinin formlaşdırılması və yeni seçki qanunun hazırlanmasına çağırılır. Tərəflər Mişel Süleymanı prezident olmasına razılıq veriblər, lakin yeni hökumətin tərkibi haqda bir fikrə gələ bilməyiblər.
XS
SM
MD
LG