Accessibility links

Benəzir Bhuttonun qətlində əli olan Əl-Qaidə yaraqlısı həbs edilib


Pakistan rəsmiləri bildirirlər ki, sabiq baş nazir Benəzir Bhuttonun qətlində əli olan Əl-Qaidə yaraqlısı həbs edilib. Pakistanın daxili işlər naziri Həmid Nəvaz deyib ki, Qari Seyfulla Əxtar adlı həmin şəxsin keçən ilin oktyabr ayında xanım Bhuttoya qarşı həyata keçirilən bomba hücumunda da əli var. Həyata keçirilən bomba hücumunda xanım Bhutto zədə almamış, lakin 140 nəfər həlak olmuşdu. Lakin dekabr ayında Ravalpindi şəhərindəki hücum Bhuttonun həyatına son qoydu. Pakistan rəsmiləri Əxtarın Əfqanıstandakı Əl-Qaidə düşərgələrində təlim keçdiyini deyirlər.
XS
SM
MD
LG