Accessibility links

İraq hökuməti Türkiyəni ərazisindən çıxmağa çağırıb


Türkiyənin İraqın şimalında kürd yaraqlılarına qarşı apardığı müharibəni pisləyən İraq hökuməti rəsmi Ankaranı təcili olaraq qoşunlarını geri çəkməyə çağırıb. İraq Nazirlər Kabinetinin sözçüsü Əli əl-Dabbaqın bildirdiyinə görə, hərbi əməliyyatlar İraqın suverenliyini pozur. Türkiyədə isə baş nazir Rəcəb Tayyip Ərdoğan hərbi müdaxiləni müdafiə edərək bunu qanuni mübarizə adlandırıb. Cənab Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin hərbi əməliyyatlarının türk mülki vətəndaşlara hücumlar təşkil edən kürd yaraqlıların qarşısını almaqdan başqa məqsədi yoxdur. Keçən həftənin cümə axşamı günündən Türkiyənin İraqın şimalına quru hücumuna başlamasından bəri 153 kürd yaraqlısı və 17 türk əsgəri həlak olub.
XS
SM
MD
LG