Accessibility links

Amerikanın İraqdakı qüvvələrinin sayı keçən illə müqayisədə daha artıq olacaq


Bu gün İraqın Mosul şəhərində bir avtobusun kamikadze hücumuna məruz qalması ilə 9 adam həlak olub, bir neçəsi yaralanıb. Ordunun məlumatında avtobusun Suriyaya yola düşdüyü bildirilir. ABŞ-ın müdafiə naziriliyinin bildirdiyinə görə, Amerikanın İraqdakı qüvvələrinin sayı keçən illə müqayisədə daha artıq olacaq. Baxmayaraq ki, ilin ortalarında 20 min əsgərin İraqdan çıxarılması planlaşdırılır. ABŞ-ın general-leytenantı Karter Ham iyul ayınadək İraqdakı qüvvələrin sayının 140 min nəfər olacağını proqnozlaşdırıb. Bu isə prezident Buşun 2007-ci ildə zorakılıqların qarşısının alınması üçün İraqa göndərdiyi əlavə qüvvələrdən 8 min əsgər artıqdır.

XS
SM
MD
LG