Accessibility links

Demokrat namizədlər arasında qızğın debatlar keçirilib


ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama və Hillari Klinton Ohayo ştatının Klevland şəhərində səhiyyə, ticarət və beynəlxalq məsələlər ətrafında qızğın debatlar keçirib. Qarşıdan gələn çərşənbə axşamı günü onları Ohayo və Texas ştatlarında praymerislər göləyir. Senator Klinton Obamanı onun insanları pulları çatmasa belə səhiyyə sığortaları almağa məcbur etdiyini deyən kampaniya pamfletlərinə görə tənqid edib. Senator Obama isə eyni ittihamlarla ona qarşı hücuma görə onun kampaniyasının şikayət etmədiyini demişdi. Xarici siyasətə gəldikdə isə Klinton Obamanın bundan əvvəl verdiyi diktatorlarla heç bir şərt irəli sürülmədən görüşlər keçirmək istəyi ilə bağlı bəyanatlarına toxunmuşdu. Xanım Klintonun bu bəyanatalrının onun baş komandanlığa hazır olmadığına nümunə adlandırmışdı. Obama Klintonun prezident Buşun İraqın işğalı qərarına səs verməsini sağlam mühakimə çatışmazlığı adlandırıb. Namzidələr biri-birini NAFTA - Şimali Amerika azad ticarət razılığına dəstək verməkdə günhalandırıblar.

Hillari Klinton növbəti praymerisdə 11 dəfə ardıcıl şəkildə qələbə əldə edən Obamaya üstün gələcəyinə ümid bəsləyir. Belə ki, rəy sorğularına görə Nyu York senatoru Ohayoda Barak Obamadan öndə, Texasda isə bərabərdir. Nyu York Taymz və CBS Nyusun sorğularında Obama 54, Klinton 38, USA Today və Gallaupun sorğularında isə Obama 51, Klinton 39 faiz səs toplayıb.

XS
SM
MD
LG