Accessibility links

Rusiya Ukraynanı yenə təhdid edir


Rusiyanın dövlət nəzarətində olan təbii qaz monopoliyası Qazpromun verdiyi məlumata görə, Ukrayna qaz təchizatına görə Rusiyaya 2007-ci il borclarını ödəyib, lakin bu il üçün heç bir müqavilə imzalamayıb. Qazprom dünən xəbərdarlıq etmişdi ki, məsələ həll olmasa, martın 3-dən Ukraynaya qaz ixracatını 25 faiz azaldacaq. Rusiyadan verilən xəbərlərdə deyilir ki, Ukrayna bu il başlayandan təxminən 2 milyard kub metr qaz istehlak edib. Qazpromun sözçüsü deyib ki, problem Ukraynanın vacib müqavilələri imzalamadan qaz istehlakını davam etdirməsidir. Bu ayın əvvəli Qazprom borclara aydınlıq gətirilməyəcəyi təqdirdə təchizatı tam kəsəcəyini bildirmişdi.
XS
SM
MD
LG