Accessibility links

Həmasın 5 yaraqlısı İsrail ordusu tərəfindən öldürülüb


Fələstinin Həmas qrupu bildirib ki, bu gün İsrailin Qəzzada həyata keçirdiyi hava hücumları 5 yaraqlının ölümü ilə nəticələnib. Həmas yaraqlılar olan maşının Xan Yunis şəhəri yaxınlığında hədəf alındığını deyir. Israil ordusu insidentin baş verdiyini təsdiq edib. Bununla yanaşı, fələstinli yaraqlılar və tibbi mənbələr bildirir ki, Qəzza Zolağının mərkəzində keçirilən hava hücumu zamanı İslamçı Cihadın bir yaraqlısı öldürülüb. İsrail bunu dərhal təsdiq etməyib.

Bu yaxınlarda İsrail və Fələstin bölgələrində səfərdə olan BMT-nin Humanitar Yardım məsələləri üzrə başçısı Con Holmes Qəzza Zolağında vəziyyətin dəhşətli olduğunu deyib.

XS
SM
MD
LG