ABŞ prezidenti Corc Buş Türkiyəni ən tez bir zamanıda İraqın şimalından çıxmağa çağırıb. Bu gün Vaşinqtonda mətbuat konfransında çıxış edən cənab Buş deyib ki, Türkiyənin İraqın şimalında hərbi əməliyyatları məhdud və müvəqqəti xarakter daşımalıdır.
ABŞ müdafiə naziri Robert Qeyts Ankarada Türkiyənin prezidenti Abdullah Gül və baş nazir Rəcəp tayyib Ərdoğanla görüşü zamanı eyni mesajla çıxış edib. Geyts deyib ki, Türkiyə PKK yaraqlılarına qarşı hərbi əməliyyatları dayandırmaq üçün müəyyən vaxt göstərməyib. Bununla belə, o deyib ki, ABŞ kəşfiyyat məlumatlarının Türkiyəyə ötürülməsini dayandırmaq Amerikanın maraqlarında deyil. ABŞ kəşfiyyat məlumatları Türkiyə hərbi qüvvələrinə yaralıqlarınınhədəflərini müəyyən etməyə kömək edir.