Accessibility links

Vəziristan bölgəsindəki raket hücumu 13 nəfərin ölümünə səbəb olub


Pakistanın qəbilələrin yaşadığı Cənubi Vəziristan bölgəsində şahidlərin bildirdiyinə görə, raketin bir evə dəyməsi nəticəsində 13 nəfər ölüb, 7 nəfər yaralanıb. Sakinlərin verdiyi məlumata görə, pilotsuz idarə edilən təyyarə raketi bu gün əraziyə atıb. Təhlükəsizlik qüvvələrinin rəsmisi isə raketin ABŞ təyyarəsi tərəfindən atdıldığını deyib. Pakistanın hərbi qüvvələri hücumun baş verdiyini təsdiq etməyiblər, lakin ABŞ-ın hərbi təyyarələri yaraqlıların gizləndiyi təxmin edilən yerlərdə bundan əvvəl hücumlar həyata keçiriblər. Pakistan rəsmiləri suverenlik məsələsinə görə ABŞ-ın onun ərazisində hücumlarının baş verdiyini təsdiq etmirlər.
XS
SM
MD
LG