Cənubi Afrikanın Beynəlxalq Atom Enerjisinə Nəzarət Agentliyində nümayəndəsi BMT-nin Təhlükəsizlik Şurasını İranı nüvə proqramına görə təcrid etməməyə çağırıb. Əbdül Mintu deyib ki, beynəlxalq ictimaiyyət İranın nüvə silahına malik olmasını istəməsə də, eyni zamanda İranla müharibə dəistəmir.
Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi proqramını dayandırmaqdan imtina etdiyinə görə, İrana qarşı sanksiyaların üçüncü raundunu tətbiq etməyi nəzərdən keçirir. Tehran əvvəlki sanksiyalara əhəmiyyət verməyib.