Accessibility links

İraq məhkəməsi "Kimyəvi Əli"yə ölüm hökmünü təsdiq edib


İraq rəsmiləri deyirlər ki, ölkənin Prezident Şurası Səddam Hüseynin əmisi oğlu “Kimyəvi Əli” ləqəbilə tanınan Əli Həsən Əl Məcidin edam hökmünü təsdiq edib. Əl Məcidin edamının vaxtı müəyyən edilməyib. Əl Məcid 1980-ci illərdə İraqın şimalındakı kürdlərin kütləvi qırğınında zəhərli qazdan isifadə etdiyinə görə “Kimyəvi Əli” ləqəbini qazanmışdı. Ənfəl Kampaniyası adlanan bu əməliyyatda təxminən 180 min adam həlak olmuşdu. Keçən sentyabrda İraqın bir Apelyasiya məhkəməsi Əl Məcid, keçmiş Müdafiə Naziri Sultan Əl Tai və hərbi komandirin keçmiş müavini Hüseyn Raşid Məhəmmədi genosid ittihamı ilə 30 gün ərzində edama məhkum edilməsi barədəki məhkəmənin hökmünü təsdiq etmişdir. Baş nazir Nuri Əl Maliki deyib ki, edam hökmünün təxirə salınması üçün heç bir səbəb yoxdur.
XS
SM
MD
LG