Accessibility links

İraqda fevralda ölən mülki vətəndaşların sayı 30 faiz artıb


İraq hökumətinin bildirdiyinə görə, əvvəlki ayla nisbətdə fevral ayında ölkədə həlak olan mülki vətəndaşların sayı 30 faiz artıb. Bu gün İraq Daxili İşlər, Müdafiə və Səhiyyə Nazirlikləri tərəfindən açıqlanan hesabat göstərir ki, fevral ayında ən azı 630 mülki vətəndaş həlak olub. Keçən ay isə bu göstərici 450 idi. Yanvar ayının rəqəmləri iyun ayında ABŞ-ın İraqa 30 min əlavə əsgər göndərməsindən bəri qeydə alınan ən aşağı göstərici olub. Başqa bir xəbərdə isə Amerika ordusu bildirir ki, koalisiya qüvvələri bu gün Bağdadda qurğular istehsal edən bir xüsusi qrup və 3 nəfər cinayətkarı ələ keçirib.
XS
SM
MD
LG