Accessibility links

İraq məhkəməsi Amerika vətəndaşına çıxardığı ölüm hökmünü ləğv edib


İraq məhkəməsi ölüm hökmünə məhkum edilmiş Amerika vətəndaşının edam cəzasını ləğv edib. İraq amerikalısı Məhəmməd Munaf 2006-cı ildə 3 rumın jurnalisti oğurlamaqda ittiham olunaraq saxlanılıb. O, 2005-ci ildən ABŞ ordusunda xidmət edib. Munafın vəkilləri deyir ki, İraq məhkəməsi Munafın oğurluqda oynadığı rolu müəyyən edə bilmədiyi üçün ölüm hökmünü ləğv edib. ABŞ Ali Məhkəmsində o, və oxşar ittihamlarla başqa Amerika vətəndaşlarının məhkəmə prosesi davam edir. Ancaq İraq məhkəməsinin dünənki qərarının Munafın ABŞ Ali məhkəməsinə məraciətinə necə təsir edəcəyi bəlli deyil.
XS
SM
MD
LG