Accessibility links

ABŞ prezidenti ənənəvi radio müraciətini edib


ABŞ prezidenti Corc Buş bugünkü həftəlik radio müraciətini gənclərin reseptlə satılan dərmanlardan istifadə etməsinə həsr edib. İnternet vasitəsi ilə bu kimi dərmanların asanlıqla əldə edilməsi gənclərin dərmanlardan asılılığını artırır. Prezident Buş 2008-ci il dərmanlara nəzarət strategiyasına dair yeni planını açıqlayıb. Corc Buş qeyri-qanuni dərman satışının qarşısının alınmasında Konqreslə birgə çalışacağını deyib. Son hesabatlardakı göstəricilərə əsasən dərmanlardan asılılıq prezidentin dediklərinin əksi olaraq 2001-ci ildən 24 faiz azalıb.

XS
SM
MD
LG