Accessibility links

Rusiyada prezident seçkilərində Dmitri Medvedevin asan qələbə əldə edəcəyi gözlənilir


Rusiyada bu gün keçirilən prezident seçkilərində prezident Vladimir Putinin namizədliyini irəli sürdüyü baş nazirin sabiq müavini, 42 yaşl Dmitri Medvedevin rəqiblərindən xeyli irəlidə olduöu deyilir. Exit pollara görə, Dmitri Medveded səslərin 65 faizini alıb.

Onun əsas rəqibi, Kommunist partiyasının lideri Gennadi Zyuqanovun səslərin 17 faizini ala bildiyi deyilir.

Rusiya Konstitusiyasına görə üçüncü dəfə prezident seçilə bilməyən Vladimir Putin cənab Medvedevin hakimiyyət başına gəlməsini istəyir. Bu, cənab Putinin geniş nəzarəti və may ayında prezidentlik müddəti başa çatdıqdan sonra nüfuzunu saxlamasını təmin edir.

Cümə günü televiziya ilə çıxışı zamanı cənab Putin xalqı Rusiyada sabitliyi təmin edəcək Medvedevə səs verməyə çağırıb. Medvedev prezident Putinin siyasətini davam etdirəcəyinə söz verib. Təhliçilər Medvedevin səslərin 60%-ni ala biləcəyini əvvəlcədən söyləyiblər.

XS
SM
MD
LG