İraq polisinin bildirdyinə görə, bu gün Bağdadda həyata keçirilən iki hücum nəticəsində 23 adam həlak olub. Onlardan biri-maşına yerləşdirilmiş bomba partlayışı Bağdadın Bab Əl-Muğam məhəlləsində 15 adamın ölümü, 43 nəfərin yaralanması ilə nəticələnib. İkincisi isə iki polis işçisinin ölümü və 6 nəfərin yaralanmasına səbəb olan ordunun yoxlanış məntəqəsi yaxınlığındakı kamikadze hücumu olub. Yaxınlıqdakı evlərə ciddi ziyan dəydiyi bildirilir. Bəsrə şəhərində isə silahlı şəxslər tərəfindən yerli polis idarəsinin sədri və onun 3 cangüdəni güllələnib.