Accessibility links

Gürcüstan NATO-ya daxil olmaqda qətidir


Gürcüstan Prezidenti Mixail Saakaşvili yenidən ölkəsinin NATO-ya daxil olma məramını təsdiqləyib. Gürcü lideri deyir ki, gələn ay Buxarestdə keçiriləcək alyans sammitində Gürcüstan və Ukraynanın rəsmi namizəd olmaq şansı var. O, deyib ki, növbəti 4 həftə ərzində alyansa onlar ölkələrinin üzvlüyə hazır olduğunu sübut etməyə çalışacaqlar. O, bu sözləri Varşavada Polşa Prezidenti Lex Kaçinski ilə söhbətindən sonra dilə gətirib. Cənab Saakaşvili bu ayın sonunda Vaşinqtona səfər edəcək. Onun Ağ Evdə Prezident Buşla görüşü gözlənilir.
XS
SM
MD
LG