Accessibility links

ABŞ dövlət katibi Misirə yola düşüb


ABŞ dövlət katibi Kondoliza Rays Yaxın Şərqə səfəri çərçivəsində Misirə yola düşüb. İsrail və Fələstin liderləri ilə görüşəcək xanım Rays son zamanlar baş qaldıran münaqişəni həll etməyə və tərəfləri sülh danışıqlarına qaytarmağa çalışacaq. Misirdə dövlət katibinin ölkə rəsmiləri ilə qarşılıqlı münasibətlər və İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarını müzakirə edəcəyi gözlənilir. NATO-nun xarici işlər nazirlərinin Brüssel görüşünə yola düşməzdən əvvəl Kondoliza Rays çərşənbə axşamı və çərşənbə günləri İsrail və Fələstin ərazilərində görüşlər təşkil edəcək.

XS
SM
MD
LG