Accessibility links

Kondoliza Rays İsrail və fələstinlilərin liderlərini sülh danışıqlarını təcili bərpa etməyə çağırıb


ABŞ Dövlət katibi Kondoliza Rays İsrail və fələstinlilərin liderlərini sülh danışıqlarını dərhal başlamağa çağıraraq, deyib ki, Yaxın Şərqdə vəziyyət müzakirələri zəruri edir. Kondoliza Rays bildirib ki, Həmas İsrail mülki vətəndaşlarına qarşı raket hücumlarını dayandırmalıdır. O, həmçinin İsraili atəş xəttində fələstinli vətəndaşların hədəf alınmaması üçün ciddi diqqət yetirməyə çağırıb.

ABŞ Dövlət katibi Rays bu açıqlamaları Qahirədə Misir prezidenti Hüsnü Mübarək və xarici işlər naziri Əhməd Əbül Qeytlə görüşdən sonra verib. O, İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbasla görüşlər keçirib. Cənab Abbas İsralin 100-dən çox fələstinli yaraqlı və mülki vətəndaşın ölümü ilə nəticələnmiş beş gün sürən hücumlarına etiraz edərək, sülh danışıqlarını dayandırmışdı.

XS
SM
MD
LG