Accessibility links

Corc Buş İordaniya kralı Abdullanı Ağ Evdə qəbul edib


ABŞ prezidenti Corc Buş və İordaniya kralı Abdulla bu gün Ağ Evdə görüş zamanı Yaxın Şərq sülh prosesini müzakirə edirlər. Dövlət başçıları birinci xanım Lora Buş və kraliça Raniyə ilə nahar yeməyindən sonra qısa danışıqlar keçirməlidirlər.

ABŞ-da səfərdə olan kral Abdulla Nyu-Cersi ştatındakı Prinston universitetində çıxış edib. O, Birləşmiş Ştatları Buş administrasiyasının hakimiyyətdə olacağı son aylar israillilər və fələstinlilər arasında münaqişənin nizamlanmasına daha çox səy göstərməyə çağırıb. Onun sözlərinə görə, hazıkı şərait 60 il tarixi olan münaqişənin həlli üçün ən münasib bir şəraitdir. Kral Abdulla deyib ki, əgər prezident Buş bu vəziyyətdən istifadə etməsə, növbəti prezidentin məsələ ilə yaxından məşğul olması üçün illər tələb oluna bilər.

XS
SM
MD
LG