Accessibility links

Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs pozulub


Ermənistan və Azərbaycan erməni qüvvələrinin nəzarət etdiyi Dağlıq Qarabağ yaxınlığında hərbi qarşıdurmanın baş verdiyi bildirilir. Regiondan daxil olan ilkin xəbərlərdə detallara varılmır. Lakin bir neçə Azərbaycanlı əsgərin öldürülüdüyü bildirilir. Azərbaycan Press Agentliyi döyüşlərin davam etdiyini xəbər verir. Müdafiə nazirliyinin sözçüsü Amerikanın Səsinə bildirib ki, bir neçə Azərbaycanlı əsgər həlak olub. Azərbaycan televiziyası məlumat verir ki, erməni qüvvələri Azərbaycan mövqelərini minamyot və pulemyotlardan atəşə tutublar. Həmin xəbərdə 3 Azərbaycanlı əsgərin öldürüldüyü deyilir. Bu arada Azərbaycan prezidenti İlham Əliyev xəbərdarlıq edib ki, onun ölkəsi Dağlıq Qarabağı güc yolu ilə geri almağa hazırdır. O, həmçinin deyib ki, Azərbaycan ordusunun güclənməsi Ermənistanla danışıqlara təsir göstərəcək.
XS
SM
MD
LG