Accessibility links

Ukrayna Qərbə gündə 60 kub metr qaz çatdıracaq


Rusiya hökumətinin nəzarəti altında olan Qazprom monopoliyasının bildirdiyinə görə, Ukrayna qərbi Avropaya gedən təbii qaz boru kəmərindən qaz götürməyi planlaşdırır. Qazprom deyir ki, rəsmi Kiyev Rusiya rəsmilərinə bu gündən başlayaraq Qərq üçün bir gün ərzində 60 milyon kub metr qaz götürəcəyini bildirib. Ukrayna baş naziri Yuliya Timoşenkonun sözlərinə görə, ölkəsi Rusiya qazının Qərb istehlakçılarına çatdırılmasında bütün öhdəliklərə əməl edəcək. Daha əvvəl isə, “Associated Press” Ukrayna dövlət enerji şirkəti “Naftoqaz”ın rəsmisinə istinadən bildirmişdi ki, ölkə son zamanlar Qərbi həmişəkindən daha çox qazla təchiz edirdi və indi onu normal səviyyəyə endirəcək.
XS
SM
MD
LG