Accessibility links

Azərbaycan cəbhə xəttində insidentə görə Ermənistanı günahlandırıb


Azərbaycan dünən Dağlıq Qarabağa yaxın ərazidə baş vermiş toqquşmaya görə Ermənistanı günahlandırıb. Azərbaycan Xarici İşlər nazirliyinin sözçüsü bu gün bildirib ki, Ermənistan insidenti keçən ay prezident seçkilərindən sonra ölkədə yaranmış daxili siyasəti vəziyyətdən yayındırmaq üçün törədib. Azərbaycanın Müdafiə nazirliyi bildirir ki, toqquşma zamanı 4 Azərbaycan əsgəri və 12 erməni əsgəri ölüb. Tələfatların sayını göstərməyən Ermənistan Azəbraycanı döyüşə başlamaqda ittiham edərək, Azərbaycanın Mardakert yaxınlığında ermənilərin mövqelərini atəşə tutduğunu bildirib.

Vaşinqtonda Dövlət Departamentinin sözçüsü Tom Keysi ABŞ-ın döyüşə görə narahatlığlını ifadə edərək, Ermənistan və Azərbaycan arasında problemlərin diplomatik yolla həll olunmalı olduğunu əlavə edib. Hazırda Bakıda olan Dövlət Departamentinin xüsusi nümayəndəsi Metyü Brayza da ABŞ-ın narahatlıqlarını çatdırıb.

XS
SM
MD
LG