Accessibility links

İran və ABŞ nümayəndələri danışıqların 4-cü raundunu keçirəcək


İran mətbuatının bildirdiyinə görə, Tehrandan olan nümayəndə heyəti ABŞ rəsmiləri ilə İraqda təhlükəsizlik barədə danışıqların növbəti raundunu keçirmək üçün Bağdada gəlib. İRNA xəbər agentliyi İran nümayəndə heyətinin sədri Rza Əmiri-Məhəmmədə istinadən bildirib ki, danışıqların 4-cü raundu sabah başlayacaq. ABŞ rəsmiləri bunu təsdiq etməyiblər.
Müzakirələrin keçən ay keçirilməsi nəzərdə tutulmuşdu. Lakin rəsmi Tehran vaxt müəyyən etmədən bu görüşü təxirə salmışdı. İran rəsmiləri bunun “texniki” səbəblrlə bağlı olduğunu desələr də, təfərrüatlara varmamışlar. ABŞ və İran rəsmiləri İraqda təhlükəsizlik məsələsini müzakirə etmək üçün keçən il Bağdadda 3 dəfə görüş keçiriblər. Bu, son 30 ildə iki ölkə arasında ilk birbaşa diplomatik əlaqə olub.

XS
SM
MD
LG