Accessibility links

Pakistan məhkəməsi Asif Zərdariyə qarşı 5 ittihamı ləğv edib


Bu gün Pakistan məhkəməsi ölkənin sabiq baş naziri Bənazir Bhuttonun həyat yoldaşına qarşı 5 korrupsiya ittihamını ləğv edib. Asif Əli Zərdarinin vəkili Faruk Naik yaxın günlərdə daha iki məhkəmə iclasının keçiriləcəyini bildirib. Zərdari xanım Bhuttonun hökumətində nazir olarkən korrupsiyada və başqa cinayətlərdə ittiham edilərək, 8 il həbsdə olub. O bu ittihamları rədd edərək onların siyasi motivlərə əsaslandığını bəyan edib. Hazırda Zərdari və onun 19 yaşlı oğlu Bənazir Bhuttonun Pakistan Xalq Partiyasına həmsədrlik edir.
XS
SM
MD
LG