Accessibility links

Nyu York şəhərində partlayış baş verib


Nyu York şəhərinin Taymz meydanına kiçik partlayıcı qurğu atılıb. Polisin bildirdiyinə görə, bu kiçik qurğu meydandakı çağırış məntəqəsinə səhər erkən saatlarda atılıb. Partlayış binanın böyük hissəsini yararsız vəziyyətə salıb və pəncərələri sındırıb. Xəsarət alan olmayıb. Hadisə yerinə gələn polis və yanğınsöndürüənlər mydanı bağlayıb, bu istiqamətdə gedən metro qatarlarının hərəkətini dayandırıb. Partlayıcı qurğunun velosiped sürən şəxs tərəfindən atıldığı güman edilir.

Taymz meydanındakı çağırış məntəqəsi teatr, restoranlar və mağazalarla əhatə olunur. Partlayış zamanı onların çoxu bağlı olub. Nyu York şəhərinin Brodveyi ilə 7-ci Avenyunun kəsişdiyi yerdə yerləşən Taymz meydanı ən çox gediş-gəlişli bölgədir.

XS
SM
MD
LG