Accessibility links

ABŞ-ın İraqdakı səfiri təqaüdə çıxmağı planlaşdırır


ABŞ-ın İraqdakı səfiri Ryan Kroker gələn yanvar ayında vəzifəsini tərk etməyi planlaşdırır. Bu gün Vaşinqton Post qəzetində çıxan məqaləyə görə, Kroker həmkarlarına prezident Buşun xələfinin idarəyə gətirilməsindən öncə vəzifəsini tərk etmək istədiyini deyib. 58 yaşlı diplomat qəzetə bildirib ki, o, ABŞ xarici xidmətində 37 illik karyerasından sonra təqaüdə çıxmağı planlaşdırır. Kroker Bağdadda 2007-ci ildən xidmət edir. Ordu generalı Deyvid Petreyesin də İraqda rotasiyalı hərbi komandan vəzifəsinin sona çatacağı gözlənilir. Kroker isə o, ABŞ-a qayıdandan qısa bir müddət sonra vəzifəsini tərk edəcək.
XS
SM
MD
LG