Accessibility links

Demokrat namizədlər Vayominq ştatında mübarizə aparırlar


Prezidentliyə Demokrat namizədlər Barak Obama və Hillari Klinton bu gün Vayominq ştatında keçiriləcək nominasiya kokoslarında irəli çıxmağa can atırlar. Namizədlər Vayominq ştatından partiya qurultayına göndəriləcək 12 nümayəndə uğrunda qızğın mübarizə aparırlar. Rəy sorğularına görə, Barak Obama 45, Hillari Klinton isə 44 faiz dəstəyə malikdir. Senator Klinton Rod Aylənd və nümayəndələrlə zəngin olan Ohayo və Texas ştatlarında qalib gəldikdən sonra momentum qazanıb. Həmin qələbələr Senator Klintonun kampaniyasını canlandırmış və əvvəlki 12 qələbədən sonra irəliyə çıxmış Obamanın nominasiya şanslarına zərbə endirmişdir.
XS
SM
MD
LG