Accessibility links

Birma BMT-nin təklifini rədd edib


Birmanın hərbi hökuməti may ayında keçiriləcək konstitusiya referendumunu müşahidə etmək haqda BMT-nin təklifini rədd edib. BMT elçisi İbrahim Qəmbəri bu həftə hökumət və müxalifət nümayəndələri ilə görüşündə səsverməyə müşahidəçilər heyəti göndərmək haqda ideya irəli sürmüşdü. Qəmbəri bu gün demokratik hərəkat lideri Aunq San Suu Kyi və onun rəhbərlik etdiyi Demokrat Milli Liqası hərəkatının aparıcı nümayəndələri ilə görüşüb. Birmanın hərbi idarəçiləri Aunq San Suu Kyiyə ictimai vəzifə tutmağı qadağan edən konstitutsiya layihəsini dəyişməkdən imtina edirlər.
XS
SM
MD
LG