ABŞ ordusunun bildirdiyinə görə, İraqda baş verən son hücumlar ölkədə zorakılıq faktlarının artmasına işarə deyil. Birləşmiş Ştatlar ordu sözçüsü Qreqori Smit bu gün Bağdadda deyib ki, son hücumlar bir il əvvəlki vəziyyətlə müqayisə olunmalıdır. İraqda kəçən iyun ayında zorakılıq göstəricisi kəskin şəkildə azalıb. Bu, 30 min ABŞ əsgərinin İraqa göndərilməsindən sonra baş verib. Ancaq Əl-Qaidənin İraqda keçirdiyi son hücumlar zamanı çox sayda insan həlak olub. Təkcə cümə axşamı günü ardıcıl baş verən iki partlayış 68 nəfərin həyatına son qoyub.