Accessibility links

İraqın neft pullarının hara xərclənməsi 2 ABŞ senatorunu maraqlandırır


İki ABŞ senatoru Birləşmiş ştatlar hökuməti auditorlarından xahiş edib ki, İraqın neft satışından əldə etdiyi pulu hara xərcləməsinə aydınlıq gətirsinlər. Senatorlar demokrat Karl Levin və respublikaçı Con Varner auditi hesablamaq üçün ABŞ hökumətinin mühasibatlıq idarəsinə məktub göndərib. Senatorlar deyib ki, Amerikanın vergidən əldə etdiyi pulu İraqda islahatlara xərclənir. İraq neftindən götürülən milyardlarla dollar isə qeyri-İraq banklarında yoxa çıxıb. Onlar auditorlardan İraqın nə qədər pul qazandığını və nə üçün İraq hökumətinin o pulu öz ölkəsinə xərcləməməsinə aydınlıq gətirməsini xahiş edib.
XS
SM
MD
LG